İqtisadçıdan etiraz: ""Kapitel" MMC kimindir, arxasında kimlər var?"

img

29-04-2021 [13:48]


İqtisadşı-ekspert Natiq Cəfərli Bakıda məcburi köçkünlər üçün yeni yaşayı.ş binalarının tikiləcəyi xəbərinə sərt etiraz edib.

Mia.az xəbər verir ki, o, həmin binaların azad olunan ərazilərdə tikilməsini vacib sayıb:  “Pulunuz belə çoxdursa, işğaldan azad edilən torpaqlarda niyə binalar tikmirsiniz? İgid əsgərlərimiz, ordumuz düşməni qovdu ki, bizim məcburi köçkünlər öz doğma torpaqlarına qayıtsınlar, nədən onları yenə Bakıda yerləşdirirsiniz?!

"Kapitel" MMC kimindir?! Arxasında kimlər var?! Əgər bu qərar keçən il plana salınmışdısa, vəziyyət dəyişib axı, qərar nədən ləğv edilməyib?! Söhbət əvvəl tikilən evlər üçün infrastrukturun qurulmasından getsəydi, bunu anlamaq olardı, bu qərar 3 yeni binanın tikintisi haqqındadır. Belə yanaşma ayrılan vəsaitin göyə sovrulması, məntiqin növbəti dəfə qətl edilməsidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA