Olimpiya idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” platforması Azərbaycan dilində istifadəyə verilib
28-04-2021 [14:48]
Tokio-2020 Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” (Tokio 2020 üçün ADEL) platforması Azərbaycan dilində istifadəyə verilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL-in hazırladığı proqram Tokio Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək idmançı köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur. Kursun məqsədi olimpiadada dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır.
Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə Terapevtik İstifadə üçün İcazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirəcəklər.
İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər və yekunda biliklərin yoxlanılması üçün suallar verilir. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlayır və elektron sertifikat əldə edir.
Bu platforma idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir. Burada idmançılar və onların köməkçi heyətinin kurslardan keçmələri vacibdir. Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq, AMADA İdmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir.
Azərbaycanın qadın güləşi üzrə 8 qat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib