Bu obyektlərdə qaydalar pozulub - SİYAHI

img

28-04-2021 [14:08]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 447 ictimai iaşə obyektində 752 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus "Tavacı Baku" dönər evi;

2. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pakdad" restoranı;

3. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küç., ev 6 ünvanında yerləşən, hüquqi şəxs "United Cofee Beans" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Xətai rayonu, M. Hadi və X. Məmmədov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Qurbanova Müxlisət Arif qızına məxsus "Şanlı Urfa" restoranı;

5. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus "Taksim Kebab" restoranı;

6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Savalan Cümşüd oğluna məxsus çay evi;

7. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Ə. Mehbaliyev küçəsində yerləşən, fiziki şəxs Allahyarov Elvin Əlikərəm oğluna məxsus kafe;

8. Bakı şəhəri, Sabunçu rayonu, R. Axundov küçəsi 99 ünvanında yerləşən, fiziki şəxs İnətullayev Səxavət Səfalı oğluna məxsus kafe;

9. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., Emin Quliyev küçəsi 60 ünvanında yerləşən, fiziki şəxs Gülmalıyev Məhəmməd Hacıbilal oğluna məxsus "Primorski lounge" kafesi;

10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Salyan şosesi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Zöhrab Abdulla oğluna məxsus çay evi;

11. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küç., ev 26A, m.1 ünvanında yerləşən, fiziki şəxs Salmanov Azər Tahir oğluna məxsus kafe;

12. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən, hüquqi şəxs "NB əmlak və Turizm" MMC-yə məxsus restoran;

13. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani 11/162 C ünvanında yerləşən, fiziki şəxs Axundov Şahin İsfəndiyar oğluna məxsus çay evi;

14. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 249E ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus "Taksim Kebab" restoranı;

15. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus "Osmanlı" restoranı;

16. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 56 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting and Managment" MMC-yə məxsus "Mala Praga" restoranı;

17. Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küç., ev 138F ünvanında yerləşən, fiziki şəxs Həsənov Xəyyam Fazil oğluna məxsus dönər evi;

18. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Osmanov Zahir Zinhar oğluna məxsus kafe;

19. Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Atatürk prospekti kəsişməsində yerləşən, fiziki şəxs Quliyev Sərxan Fərhad oğluna məxsus dönər evi;

20. Bərdə rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynov Cavid Fazil oğluna məxsus "Fazilin" kafesi;

21. Bərdə rayonu, Güloğlular küçəsində yerləşən, fiziki şəxs Ağayev Əli Telman oğluna məxsus “Oskar” kafesi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR