"Neftçi" klubu  baş məşqçi ilə bağlı cəzadan şikayət edəcək

img

27-04-2021 [17:53]


"Neftçi" klubu AFFA İntizam Komitəsinin baş məşqçi Samir Abasova tətbiq etdiyi iki oyunluq cəza ilə bağlı apellyasiya verəcək.

Bu barədə "Report"a müsahibəsində paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev məlumat verib.

O, artıq qərarlarla tanış olduqlarını bildirib: "Qərarlar barədə mətbuatdan oxuduq. Samir Abasovun 2 oyunluq diskvalifikasiyasından apellyasiya verəcəyik. Əməkdaşlarımız dərhal tapşırıq alıblar".

Quliyev cəza müddətinin azaldılacağına və ya ümumiyyətlə ləğv olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən cəzalanıb. Klub isə 4000 manat cərimələnib. "Neftçi" növbəti iki oyununu mayın 3-də səfərdə "Keşlə"yə, mayın 8-də isə "Səbail"ə qarşı keçirəcək.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA