Silahlı qrup “Qalatasaray"ın bazasına hücum edib

img

27-04-2021 [12:46]


“Qalatasaray” klubu xoşagəlməz hadisə ilə üzləşib.

Məlumata görə, 3 illik məhkəmə çəkişmələrindən sonra prosesi qazanan və mədən şirkətini martın sonunda Kemerburqazdakı ərazidən çıxararaq yeni bazanın açılışını edən İstanbul təmsilçisi silahlı hücuma məruz qalıb.

Mədən şirkətinə bağlı olduğu bildirilən silahlı bir qrup klubun bazasına hücum çəkib. 10 nəfərdən ibarət quldur dəstəsi Kemerburqaz bazasına zorla girib. Mühafizəçilər bunun qarşısını almağa çalışsa da, basqın edənlər silah çəkərək onları geri çəkilməyə məcbur edib.

Həmin qrup üzvləri əraziyə zərər vermək üçün iki yük maşını inşaat tullantıları tökərək, oranı tərk edib/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA