Prokurorluq əməkdaşlarının maaşları iki dəfə artırıldı - Detallar

img

27-04-2021 [12:26]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir.

Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA