Ermənistan-İran gömrüyü bağlanıb

img

26-04-2021 [17:12]


Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

Məlumatı “news.am” yayıb.

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR