UKRAYNADA NÖVBƏTİ QƏTL: daha bir azərbaycanlı öz soydaşını öldürdü + FOTO

img

26-04-2021 [14:58]


Ukraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb.

Mia.az “Report”a istinadla xəbər veirr ki, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Məcidov Samid Lətif oğlu həmyerlisi 1990-cı il təvəllüdlü Hüseynov Rasət Hafiz oğlu tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb.

Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Vəliyev Seymur Cavanşir oğlu ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.

İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi onun həmin bölgə üzrə kriminal qruplaşmanın rəhbərlərindən olduğunu bildirir. Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR