Ukraynada daha bir azərbaycanlı güllələndi - Azərbaycan vətəndaşı tərəfindən

img

26-04-2021 [14:20]


Ukraynanın Dnepr şəhərində polis Anar Məmmədovun qatilinin şəxsiyyətini müəyyənləşdirib.

Bu barədə məlumatı “Vidkritiy” telekanalı yayıb.

“Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır”, – Ukrayna polisinin mətbuat xidməti bildirib.

Bundan əlavə, Zaporojye bölgəsində baş vermiş qətl hadisəsi ilə bağlı ibtidai istintaq zamanı üç Azərbaycan vətəndaşı saxlanılıb. Axtarış zamanı onlardan rezin güllələrlə atəş açan tapança, əldəqayırma kiçik çaplı tapança, F-1 qumbarasının gövdəsi və 30 ədəd patron müsadirə edilib.

Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, Zaporojyedə həbs olunanların Dneprdəki səs-küylü qətl hadisəsi ilə əlaqəsi var.

Xatırladaq ki, aprelin 24-də saat 15:00 radələrində “Artist” restoranının yaxınlığında naməlum maskalı şəxs 42 yaşlı Anar Məmmədovu yaxın məsafədən güllələyib. Şübhəli şəxs cinayətdən bir müddət sonra Şevçenko parkının yaxınlığında müşahidə kamerasının obyektivinə düşüb ki, bu da onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR