"Azərbaycan Dəmir Yolları"nda beş müəsissənin bazasında yeni şirkət yaradılır

img

26-04-2021 [11:59]


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-si yenidən təşkil olunur və adı dəyişdirilir.

Bu barədə "APA-Economics" Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yerləşdirilən elana istinadən xəbər verir.

Məlumata görə, MMC "Dəmiryolservis" MMC-nin, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "ADY Servis" MMC-nin və "Əsaslı Təmir" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur, adı isə dəyişdirilərək "ADY Tikinti" MMC adlandırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR