UEFA prezidenti: "Təşkilatçı şəhərlər və yerli hakimiyyət orqanları ilə birlikdə səylə çalışdıq"

img

23-04-2021 [15:39]


"Oyunların təhlükəsizliyini və bayram əhval-ruhiyyəsində keçməsini təmin etmək üçün təşkilatçı şəhərlər və yerli hakimiyyət orqanları ilə birlikdə səylə çalışdıq".

Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020 ilə bağlı danışarkən deyib.

Sloveniyalı funksioner qitədə milli futbol bayramını qeyd etmək üçün bütün oyunlara tamaşaçıların buraxılacağından məmnunluğunu bildirib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA