Mikayıl Cabbarov: "İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır"

img

22-04-2021 [19:37]


"İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır".

Bunu Azərbaycan İqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir: “Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Amma bunun daha da genişləndirilməsini istəyirəm.

Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik.

2019-cu ildə əsası qoyulan və qısa müddətdə müsbət təsiri olan ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətini yeniləmək niyyətindəyik. Bu baxımdan İsraildə turizm bürosunun açılmasının da əhəmiyyətli mesaj verəcək. Eynilə, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR