DİREKTOR VƏ BAŞ HƏKİM BELƏ SAXLANILDI - Görüntülər yayıldı + VİDEO

img

22-04-2021 [14:51]


“Yeni klinika” tibb müəssisənin direktoru Abbasov Pərviz Akif oğlu və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

Mia.az xəbər verir ki, videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasov və FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR