Milli Məclisin sabiq sektor müdiri YAP-ın aparat rəhbərinə müraciət etdi: "Hüseynbala Mirələmovu vəzifədən azad edin"

img

22-04-2021 [13:38]


Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sabiq sektor müdiri, YAP-ın veteran üzvü Rahim Axundov  təmsi olunduğu partiyanın sədrimüavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova müraciət edib.

Bu barədə Mia.az-a açıqlama verən Rahim Axundov deyib ki, o, partiya rəhbərliyindən qalmaqallı videosu yayılan Hüseynbala Mirələmovun vəzifəsindən azad olunmasını xahiş edib:

"Hörmətli Tahir müəllim,

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb. Bu rüsvayçılıq gənc nəslin əxlaqına və tərbiyəsinə mənfi təsir edir və cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasına və dərinləşməsinə istiqamət verə bilər. Buna görə də xahiş edirik ki, Hüseynbala Mirələmovu Xətai rayon təşkilatının sədri vəzifəsindən istefa verməsinə dəvət edəsiniz.Əks halda onun bu postdan kənarlaşdırılması barədə göstəriş verməyinizi xahiş edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR