İCRA BAŞÇISININ İKİ NÜMAYƏNDƏSİNDƏN ŞOK HƏRƏKƏT: müğənninin qətli ilə bağlı sensasiyalı iddialar yayıldı + FOTO
22-04-2021 [20:30]
Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Mia.az Report-a istinadla xəbər verir ki, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.
Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.
Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.
Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayevin sələmə pul verməklə məşğul olduğu haqda xəbərlər də yayılıb.
****
Bir neçə gün əvvəl qətlə yetirilmiş Cəlilabad rayon sakininin meyiti bu gün Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisindəki çöllük ərazidən tapılıb.
Mia.az xəbər verir ki, 58 yaşlı Cəlilabad rayonunun Fərzili kənd sakini Əflatun.Abdullayevin evdən çıxaraq geri qayıtmaması barədə oğlu hüquq-mühafizə orqanlarına müraciət edibmiş.
Müraciətdən sonra ona məxsus olan Mercedes-C markalı minik avtomobili aprel ayının 18-də Salyan rayonunun Kiçik Noxudlu kəndinin ərazisində yolun kənarında atılmış vəziyyətdə tapılsa da, özündən xəbər tutmaq mümkün olmayıb.
Bundan sonra aparılmş əməliyyat istintaq tədbirləri nəticəsində Abdullayevi Cəlilabad rayonu ərazisində qətlə yetirərək meyitini Sabirabad rayonunun Çiçəkli kəndinin ərazisində şor su kollektorundakı qamışlığa ataraq getməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Saxlanılan şəxs bu gün səhər meyiti atdığı yeri göstərib.Qətlə yetirilən şəxsin sələmlə pul verməklə məşğul olduğu deyilir.
Faktla bağlı cinayət işi qaldırılıb.
Emil Məmmədov
Mia.az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi