Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış neçəyə satılır? - Agentlikdən açıqlama

img

21-04-2021 [17:43]


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sağlamlıq haqqında arayışların verilməsinin ödənişli olması məsələsinə aydınlıq gətirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə yalnız 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir.

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arayışların qiymətini açıqlayıb: "Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin (məsələn, psixoloq, narkoloq) müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrdən asılı olaraq müəyyənləşir”.

Dövlət Agentliyindən sorğuya cavabda onu da qeyd ediblər ki, obliqat qruplara (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) aid vətəndaşlara arayışlar ödənişsizdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR