“Ruslar deyir ki, xoşunuza gəlmirsə buradan keçməyin..." - Minlərlə türk TIR-ı həftələrdir Rusiya-Gürcüstan sərhədində qalıb
21-04-2021 [14:19]
Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib.
Sürücülər “Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar.
Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır.
Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir.
Uzunluğu 150-200 kilometrə çatan növbədə gözləyən mindən artıq türkiyəli TIR sürücüsü qida, isinmə, təmizlik sarıdan çox ciddi sıxıntılar yaşadıqlarını, ərzaqlarının bitdiyini, həftələrdir çimmədiklərini deyirlər. Onlar artıq bir aya yaxındır bu acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər.
“Rusiyalı məmurlar bizimlə maraqlanmırlar. Sərhəd-keçid məntəqəsindən digər xarici ölkə TIR-larının keçidi isə davam edir. Dağ başında və yol kənarında minlərlə TIR-ın içərisində minlərlə türkiyəli şofer yaşamaq uğrunda mübarizə aparır. Bölgədə yaşayan əhalinin gətirdiyi su və çörəklə qidalanırıq. Tualet yoxdur, həftələrdir çimmirik və acınacaqlı haldayıq. TIR növbəsinin uzunluğu 150 kilometri keçib”,-sürücülər deyirlər.
Sürücülərdən Mehmet Savu bildirir ki, əvvəllər də Yuxarı Lars sərhəd-keçid məntəqəsində problemlərlə üzləşirdilər, amma indiki vəziyyətlə üzləşməmişdilər.
“Ruslar deyir ki, xoşunuza gəlmirsə buradan keçməyin. Mən Türkiyədən 55 gün əvvəl çıxmışam və 18 gündür burada gözləyirəm. TIR-larımızın borcu və sığorta ödəmələri var. İçməyə su, yeməyə çörək tapmırıq...”, - o, deyib.
Qeyd edək ki, bu günlərdə Rusiya koronavirusun geniş yayıldığını əsas gətirərək Türkiyəyə bütün uçuşları dayandırıb. Nəticədə milyonlarla rusiyalı turistin Türkiyə kurortlarına getməsinin yolu kəsilib.(Virtualaz.org)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)