Boksçumuz dünya birinciliyində bürünc medal qazandı

img

20-04-2021 [21:39]


Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.

Məlumata görə, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçu rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundiala 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA