Acınohur gölündə su ehtiyatı yoxdur və qurumağa doğru gedir

img

20-04-2021 [17:21]


“Meşə fondu torpaqlarında yaşıllıqların salınması ilə bağlı imzalanan müqavilələrin icrasının gedişatı ilə əlaqəli aparılan monitorinqlər nəticəsində 2020-2021-ci il ərzində 692 ha ərazi üzrə 9 müqavilə ləğv olunub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Xidmət rəisi qeyd edib ki, öz öhdəliklərini yerinə yetirməyən və ətraf mühitə ziyan verənlərlə imzalanmış müqaviləyə xitam verilir: “Monitorinqlər mütəmadi şəkildə aparılır. Növbəti monitorinqin may ayında olması planlaşdırılır”/Report.

Nazirlk rəsmisi deyib ki, bu gün üçün Acınohur gölündə su ehtiyatı yoxdur və qurumağa doğru gedir: "Havalar da getdikcə istiləşir və təxminən gölə 80 metrə qalmış bataqlıq əmələ gəlib”.

O bildirib ki, göldə suyun səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir: “Yağış yağan zaman sululuq artır, əksi olduqda isə su azalır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR