Azərbaycan 5 dövlətlə vahid rouminq məkanı yarada bilər

img

20-04-2021 [14:57]


Hazırda EU4Digital təşəbbüsünün dəstəyi ilə altı Şərqi tərəfdaşlıq ölkəsi - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında vahid rouminq məkanının yaradılması istiqamətində işlər gedir.

Məlumata görə, layihə ilə bağlı fikirlərini bölüşən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə onu Azərbaycan üçün "qaçılmaz fürsət" adlandırıb.

Bununla bağlı hazırlanan Regional Rouminq Razılaşmasına əsasən rouminq qiymətlərinin 2026-cı ilə qədər 87 faizə qədər ucuzlaşması gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR