Saakaşvilidən gürcü iqtidarına açıq mesaj: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa da..."

img

20-04-2021 [13:27]


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstana getməyi planlaşdırır.

O, bu barədə videomüraciətində bildirib.

M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”.

Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib.

O, Vahid Milli Hərəkat Partiyasını hakimiyyətlə razılaşmanı Nika Meliyanın həbsdən azad edilməsindən sonra imzalamağa və parlamentə daxil olmağa çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR