Pentaqon: "Rusiya Ukrayna ilə sərhədə 2014-cü ildəkindən daha çox qoşun cəmləyib"

img

20-04-2021 [11:54]


“Rusiya Ukrayna ilə sərhədə 2014-cü ildəkindən daha çox qoşun cəmləyib və bu, narahatlıq doğurur”.

Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Körbi jurnalistlərə açıqlamasında deyib.

C. Körbi Rusiyanın bu addımını hərbi təlimlərlə əlaqələndirməsinə baxmayaraq, məqsədin Pentaqon üçün aydın olmadığını bildirib.

C. Körbi Rusiya qoşunlarının sayı və ya qoşun növləri ilə bağlı məlumat verməyəcəyini deyib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell bir qədər əvvəl Rusiyanın Ukrayna ilə sərhədə 150 mindən çox hərbçi yığdığını açıqlayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA