Tramp: “Putinlə çox yaxşı yola gedirdim, o məni, mən də onu bəyənirdim”

img

20-04-2021 [11:01]


ABŞ-ın sabiq Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.

Bu barədə Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.

“Mən Prezident Putinlə çox yaxşı yola gedirdim, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, yaxşıdır, pis bir şey deyil”, - deyə Donald Tramp bildirib.

ABŞ-ın keçmiş Prezidenti Şimali Koreya Prezidenti Kim Çen Inla da münasibətlərinə toxunub.

“Mən prezident seçilməzdən qabaq Şimali Koreya ilə münasibətlər pis idi, müharibə ola bilərdi. Lakin müharibə olmadı, bu, yaxşıdır”, - deyə Donald Tramp qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA