ƏƏSMN 11 və 14 yaşlı iki uşağın da əlillik təqaüdünü kəsdi: "O məmurların qarınları toxdur deyə acdan xəbərsizdirlər"
20-04-2021 [10:53]
Laçın rayon qeydiyyatında olan Zərdab rayon Qaravəlli kəndində yaşayan Yusifova Gülnar Azər qızı Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
Mia.az-a daxil olan müraciətin surətində deyilir:
"Cənab Prezident yazaraq bir daha bildirmək istəyirəm ki, xəstə övladlarım 2007-ci il təvəllüdlü Yusifov Asif Etiraf oğlunun və 2010-cu il təvəllüdlü Yusifov Fərid Etiraf oğlunun haqqı olan əlilliyi TSEK tərəfindən səbəbsiz olaraq 2020-ci ilin iyul ayından etibarən ləğv edilmişdir.
Həmin ilin avqust ayında Psixi Sağlamlıq Mərkəzindən aldığımız sənədləri yenidən TSEK-ə təqdim etdik. Lakin sorğuya imtina cavabı gəldi və səbəb olaraq bildirdilər ki, uşaqların epilepsiya tutmaları Forma_88-də göstərilməmişdir. Biz də onların tələb etdiyi sənədləri Uşaq Nevroloji Xəstəxanasından əldə edərək TSEK-ə təqdim etdik.Bu dəfə də imtina cavabı gəldi və səbəb kimi göstərdilər ki,10 gün müddətinə stasionar müalicəyə ehtiyac vardır.
Mən xəstə övladlarımla birgə 12 mart 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Sonra isə Dövlət Tibbi Sosial Ekspertiziya komissiyasına getdim. Onlar 10 günlük stasionar müalicənin Forma_88-də göstərilməyi üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar. Oradan TSEK-ə bildirildi ki, "uşaqların psixi problemləri səbəbilə biz stasionar müalicə deyil, ev şəraitində ambulator müalicə yazmışıq. Səbəb isə bizim xəstəxanamızda o cür xəstələrin qalması üçün şəraitin olmamasıdır. Çünki məsələn o uşaqlar özlərinə xəsarət yetirsə və ya hündürlükdən özlərini aşağı atsalar biz cavabdehlik daşımalıyıq".
Sonra əlavə olaraq TSEK məndən 2021-ci ilin rəyini istədilər və mən Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək yenidən TSEK-ə təqdim etdik.
Cənab Prezident nəzərinizə çatdırmaq istəyirəm ki,hazırda xəstə övladlarıma əlillik təyin edilib sosial müavinət verilməsi üçün iş TSEK-dədir.Lakin onlar yenidən əsassız bəhanələr edərək imtina cavabı verəcəklərindən çox qorxuram.Nə üçün övladlarımın haqqı olan əlilliyi bərpa etmirlər?Niyə hüquqlarımızı müdafiə edən Müvəkkil yoxdur?
Axı hər iki övladım xəstədir və xüsusən də yaşca böyük olan övladım daha ağır xəstədir. Onlar heç biri özlərini idarə edə bilmirlər. Tez-tez hişun itməsi,dilin qatlanması,dişin kilidlənməsi,gözlərin bir nöqtəyə dikilməsi halları ilə müşahidə olunan və 15-20 dəqiqə arası davam edən 4-5 dəfə təkrarlanan epileptiv tutmalar kifayət deyilmi?
Həmçinin əqli inkişafın olduqca aşağı səviyyədə olması da göz önündədir. Yuxarıda qeyd etdiyim bu xəstəliklər övladım Yusifov Asif Etiraf oğlunda daha çox müşahidə olunur. Əgər ona dərəcə ilə əlillik təyin olunsaydı, ədalətli yanaşma ilə ona mütləq 1-ci dərəcə düşərdi.Dediklərimi sübut etmək üçün obiyektiv araşdırma aparmağınız kifayətdir.
Sizdən bir ana kimi çox xahiş edirəm, xəstə övladımın əlilliklə təmin olunması üçün bizə köməklik göstərəsiniz! Həqiqətən də maddi durumumuz çox aşağıdır. Hər ay uşaqlar müayinə və müalicə olunmalıdır. Lakin pulsuzluq səbəbindən heç nə edə bilmirik. TSEK-də oturan daş qəlbli o məmurlar özləri yüksək məbləğdə maaş alırlar, bahalı maşınları, böyük mənzilləri var, qarınları toxdur deyə acdan xəbərsizdirlər.
Ümid edirəm ki,Siz mənə yardım edəcəksiniz!Öncədən Sizə öz minnətdarlığımı bildirirəm!".
P.S. Şikayətçi müraciətinə bütün sənədləri də əlavə edib.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib