Azərbaycanın məşhur onlayn alış-veriş saytı cərimələnib

img

20-04-2021 [09:18]


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının pozulmasına görə “Shop.az Vebtures” MMC barəsində inzibati protokol tərtib edib.

Mia.az Report-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə) maddəsi ilə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu inzibati xətaya görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Shop.az Vebtures” MMC shop.az internet saytı vasitəsilə Azərbaycanın online alış-veriş mərkəzi kimi fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA