Millimizin Avropa çempionatında çıxış edəcək heyəti açıqlandı

img

19-04-2021 [17:58]


Yunan-Roma güləşi üzrə millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək.

Mia.az
xəbər verir ki, yığmamız sabah Polşaya yollanacaq. Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son 3 günündə mübarizə aparacaq.

Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.

Xatırladaq ki, yarışda beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR