“Bu, rüsvayçılıqdır, baş verənlərə görə sarsıntı içindəyəm" - Şeyxdən nazirə sərt ittihamlar
19-04-2021 [15:42]
“Mədəniyyət naziri nəinki o dəfn mərasimində iştirak etməli, o mərasimi layiqincə təşkil etməliydi. O nazir yəqin özünü mədəniyyət adamı hesab etməyib, ona görə də dəfn mərasminə qatılmayıb. Eldar Quliyevi haqq dünyasına yola salmaq sənətkarın özünə lazım deyil. O, onsuz da Allahın dərgahına qovuşdu. Bu, Azərbaycanın, xalqın adı üçün lazımdır. Bu münasibət bizə görə təkcə xəcalət hissi deyil, həm də böyük bir rüsvayçılıqdır”.
Mia.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli Mədəniyyət naziri Anar Kərimov və müavinlərinin “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuş Eldar Quliyevin dəfnində iştirak etməməsinə münasibət bildirərkən deyib.
Şeyx bunu rüsvayçılıq adlandırıb:
Şeyx Əbdül Mahmudbəyli
“Bu, böyük bir rüsvayçılıqdır. Bunlar hansı mədəniyyətə xidmət edirlər, ümumiyyətlə, bunların missiyası nədən ibarətdir? Eldar Quliyev milli kinonun bütöv bir mərhələsi, tarixidir. Bu qədər möhtəşəm xidmətlərin müqabilində əgər onu son mənzilə normal şəkildə yola sala bilmiriksə, heç mən burada ölmək belə istəmirəm. Elə istəyirəm, xəlvətdə ölüb, çıxıb gedim işimin dalınca”.
Xalq artisti E.Quliyev kimi sənətkarın Fəxri Xiyabanda dəfn olunmamasını da Azərbaycan mədəniyyəti adına rüsvayçılıq kimi dəyərləndirib:
“Söhbət dəyərdən və dəyər verəndən gedir. Gərək dəyər verən insan özü də dəyər səviyyəsində olsun. Bir şeyi başa düşə bilmirəm, Eldar Quliyev kino mədəniyyətində daha hansı xidmətləri göstərməliydi ki, onu ən azı ikinci Fəxri Xiyabana layiq görəydilər? Ona görə də bilmək istəyirəm, sənətə və sənətkara hər zaman dəyər verən ölkə prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu barədə məlumat verilibmi? Azərbaycanda nə qədər mədəniyyət qurumları var ki, orada neçə-neçə məmurlar oturub pul qazanır, kef edirlər. Zaman-zaman Azərbaycan mədəniyyətinə xidmət edən insana belə münasibət olarmı?”
Xalq artisti sarsıntı içində olduğunu bildirib:
“Baş verənlərə görə sarsıntı içindəyəm. Böyük xidmətləri olan insanlardan danışmıram, amma Fəxri Xiyabana o qədər təsadüfi adamları doldurublar ki…
Rəhmətlik Tofiq Tağızadə deyirdi ki, Vətən torpağının fəxri, ya qeyri-fəxrisi olmur. Torpaq müqəddəsdir, amma söhbət sayılmaqdan gedir. Sabah, birigün Azərbaycanda möhtəşəm beynəlxalq kino, mədəniyyət tədbirləri, simpoziumlar keçiriləndə, nüfuzlu mədəniyyət xadimləri Eldar Quliyevin məzarını ziyarət etmək istəsə, onları hara aparacağıq, hansı məzarı göstərəcəyik? Ölüb yerə girəcəyik. Belə də ki, onsuz da ölüb yerə girmişik elə quru nəfəsimiz qalıb. Bu cür münasibət nə ölüyə, nə diriyə yaraşmaz”.
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub