MN-də iki yeni komissiya yaradılıb

img

19-04-2021 [13:25]


2021-ci ildən Mədəniyyət Nazirliyinin (MN) nəşr planının tərtibini və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilini müstəqil şəkildə fəaliyyət göstərəcək “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirəcək. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.  

Komissiyanın yaradılmasında məqsəd nazirliyin nəşr planının tərtibində və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etməkdir.

Hər ilin yanvar ayında Komissiyanın yeni tərkibi təsdiq olunacaq  və həmin il üzrə nazirliyin nəşr planının tərtibi və “Nəşrlərin satınalınması müsabəqəsi”nin təşkili başa çatdıqdan sonra Komissiyanın tərkibi buraxılacaq.

Hər ilin sonunda Komissiyanın tərkibi açıqlanacaq və komissiyanın qərarı ilə nəşr planına daxil edilən əsərlərin adları, kitabxana fondlarının təchizatı məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində alınacaq nəşrlərin siyahısı ictimaiyyətə təqdim ediləcək.

Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nəşr planın tərtibi və “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatana qədər Komissiyanın tərkibi konfidensial saxlanılacaq.

Cari ilin may ayında “Nəşrlərin satınalınması müsabiqəsi” elan olunacaq.

Qeyd edək ki, builki müsabiqəyə son 2 ildə çap olunan nəşrlər təqdim oluna bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR