Almaniya Futbol Liqası: "Bu, Avropa futboluna zərbə vuracaq məsuliyyətsiz qərardır"

img

19-04-2021 [12:12]


Almaniya Futbol Liqası (DFL) Avropanın aparıcı klublarının yaratdığı Superliqaya münasibət bildirib.

Məlumata görə, qurum bunun dünya futbolunu böyük zərbə vurduğu qənaətindədir.

“Almaniya Futbol Liqası hər hansı Superliqa konsepsiyasının əleyhinədir. İngiltərə, İspaniya və İtaliya klublarının iqtisadi maraqları ön plana çıxmamalı və Avropa futbolunun bütün sistemini dağıtmamalıdır. Bu, Avropa futboluna sonradan düzəldilməyəcək zərbə vuracaq məsuliyyətsiz qərardır. Buna görə də biz tamamilə UEFA-nın təşəbbüslərini dəstəkləyirik və belə turnirin yaradılmasını qınayırıq”.

Qeyd edək ki, Avropanın 12 klubu Superliqanın yaradılmasını açıqlayıb/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR