Deputatdan Rusiyaya etiraz: "Hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur”
19-04-2021 [11:50]
Məlum olduğu kimi Rusiya Federasiyası Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib.
Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib.
Onu da bildirək ki, Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.
Məsələ ilə bağll millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı Mia.az-a deyib ki, Rusiyada azərbaycanlıların daha çox sayda yerləşməsi yaxın tariximizlə bağlıdır: "Keçmiş sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edək daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Federasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elmi-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institularında mühüm postlar tutmaqla yanaşı, müəyyən qisim də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldurlar".
Millət vəkili soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında Rusiyanın bölgədə apardığı siyasətin də mühüm rol oynadığını önə çəkib: "Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar Rusiyaya xoş gündən gəlməyiblər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə baba yurdlarına qayıdacaq. O zaman heç bir məcburiyyət olmadan Rusiyadan da minlərlə soydaşımız vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində xüsusilə qonşu ölkələr anlayışla yanaşır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Şimal qonşumuz isə nəinki bunu nəzərə alır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.”
S. Rüstəmxanlı Rusiya Daxili Işlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb: "Bir müddət öncə mən Mİlli Məclisdəki şixışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada , Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın və onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil . Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb