“BakuBus”un avtobusu ağaca çırpılıb, xəsarət alanlar var - FOTOLAR

img

19-04-2021 [11:02]


Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR