Avropanın 12 məşhur futbol klubu yeni Super Liqa yaratdı - SİYAHI

img

19-04-2021 [10:00]


Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.

Mia.az xəbər verir ki, qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” futbol klubları qəbul edib.

“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib.

Peresin müavinləri “Yuventus” klubunun rəhbəri Andrea Anyelli və “Mançester Yunayted” klubunun rəhbəri Coel Qleyzer olacaq.

Bundan əlavə qərar Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etirazına səbəb olub.

Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq. Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb.

UEFA yeni layihədə iştirak etməkdən imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR