Sabiq icra başçısı hakim qarşısına çıxarıldı

img

17-04-2021 [14:49]


Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı, Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevin məhkəməsi başlayıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə ilk hazırlıq iclası keçirilib.

Növbəti məhkəmə prosesi isə aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq