Ata yurdumun xarabalığında...
15-04-2021 [23:58]
Seymur VERDİZADƏ
***
İkimərtəbəli, topdağıtmaz evimiz vardı. Dünən özüm görmüşəm, ermənilər hətta 28 il ərzində dağıda bilməyiblər. Üstü sökülüb, tavanı çöküb, amma divarlar qala kimi yerindədir. Həmin divarlar təkcə mənim uşaqlıq illərimin deyil, həm də erməni vandallığının şahididir...
Rəhmətlik atam ali təhsilli müəllim idi. Yüksək maaş alırdı, indikindən yüz dəfə yaxşı dolanırdıq. Böyük bağçamız, həyətyanı təsərrüfatımız vardı. İlin bütün fəsillərində ən azı 2 inəyimiz sağılırdı. Əslində, atamın maaşı bizə gen-bol bəs edirdi. Amma bizim kənddə əkib-becərməyən, mal-qara saxlamayan kişiyə pis baxırdılar. Camaat tənbəl adamlara pis baxdıqları üçün hamı yaxşı dolanırdı.
Mən 10-cu sinfə keçəndə evimizi təmir elətdirdik. Səbəbini bir gün atamla anam öz aralarında danışanda eşitdim: “Sabah, birisigün Seymurun tələbə yoldaşları qonaq gələcək. İndidən hazırlaşmaq lazımdır”.
Evimiz o qədər böyük idi ki, biz orda bütöv bir qrupu qonaq edə bilərdik...
Amma o evdə mənim bircə tələbə yoldaşım da qonaq qalmadı. 1993-cü ildə Cəbrayıl işğal olunduğu üçün evimz ermənilərə qaldı...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi media-tur çərçivəsində 28 ildən sonra dünən ilk dəfə kəndimizə getdim. Ömrümün 18 ilini yaşadığım evimizi tapmağa çətinlik çəkdim. Hətta buna görə əməlli-başlı xəcalət çəkdim...
Tək bununla qurtarsaydı nə dərdim vardı?
Həmkarım, qələmdaşım Jalə Müətəllimova da məni müşayiət edirdi. Yox, düz yazmadım. Jalə xanım da bizə qonaq getmişdi. O da mənim kimi divarlardan qopan daşları, iri beton parçalarını adlayıb həyətə keçdi.
Yay olsaydı, ağ gilasdan bir boşqab dərib qabağına qoyardım. Payız olsaydı, şirin nara qonaq edərdim. Qış olsaydı, ikinci mərtəbədə saxladığımız karalyokdan, xurmadan gətirib masaya düzərdim. İndi nəinki ağ gilas, heç ağacı da qalmamışdı. Heç məndə də qonaq qəbul etməyə hal qalmamışdı...
Başımı evimizin çılpaq divarlarına söykəyib doyunca ağlayandan sonra iri daşların üstündə özümə yer edib xəyala daldım. Bir də baxdım ki, qonağım da yanımda əyləşib. Mən elə adam deyiləm axı. Qonağa yer təklif etmək yadımdan çıxmışdı. Amma necə təklif edəydim? Oturmağa yer yox idi...
Özümə gələndə həyətin ayağındakı qanqal kolu gözümə sataşdı. Əl boyda qanqal dərib qonağa təklif elədim. Və buna da şükür elədim.
Jalə, əziz həmkar, əziz bacı, mən qonaqlı-qaralı evdə böyümüşəm. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda, Cəbrayılda da insanlar qonağı süfrənin başında əyləşdirər, ən ləziz naz-neməti onun qabağına düzər, lazım gəlsə, quru yerdə yatar, amma isti yorğanını qonağa verərdilər. Amma dünən o qanqaldan başqa verməyə heç nəyim olmadı. Bəlkə də inanmayacaqsan, o qanqal kolunu yetişdirdiyi üçün dünəndən bəri ana təbiətə duaçıyam...
Əziz dost, evimizi tanıdın, Soltanlıya bir də gəl. Ailənlə, sevdiklərinlə gəl. Gəl və Cəbrayıl camaatının necə qonaqpərvər olduğunu gör...
Sizləri adımıza layiq qarşılamaq üçün ilk fürsətdə yola düşəcəyik...
Bu dəfə yollarınıza çiçək düzəcəyk...
MİA.AZ
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb