Putinlə Lukaşenko arasında telefon danışığı: Qarabağla bağlı müzakirə aparılıb

img

15-04-2021 [12:49]


Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında baş tutmuş telefon danışığında digər məsələlərlə yanaşı, Qarabağ mövzusuna da toxunulub.

TASS xəbər verir ki, Kremlin mətbuat xidməti liderlərin söhbətindən sonra bu barədə məlumat yayıb.

Məlumata görə, mövzu ilə bağlı danışıqlar Aleksandr Lukaşenkonun Azərbaycana son səfəri kontekstində baş tutub.

Putin və Lukaşenko həmçinin Rusiya-Belarus müttəfiq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi niyyətlərini ifadə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA