Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

img

14-04-2021 [20:07]


“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda birinci iclasdan ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin, iş planının ilkin layihəsinin, alt-məqsədlər və hədəf göstəricilərinin, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına alt İşçi Qrupunun fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış məsləhətçi şirkətin, digər dövlət orqanlarının, dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrinin cəlb edilməsinə dair fikir mübadiləsi aparılıb. İşçi Qrupu üzvlərinin iş prosesinin təşkilinə dair təklifləri müzakirəyə çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA