Keçmiş futbolçu güllələnərək qətlə yetirildi

img

14-04-2021 [17:38]


Latviyanın paytaxtı Riqada keçmiş futbolçu Roman Bezzubov güllələnərək qətlə yetirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, polis cinayətdə ən azı iki nəfərin iştirak etdiyini müəyyənləşdirib.

Onların BMW X5 markalı avtomobildən atəş açaraq, hadisə yerini tərk etdikləri bildirilib.

Qeyd edək ki, ölkəsinin "Politsiya", "Dauqava", "Venta" və "Yurmala" klublarında çıxış etmiş veteran futbolçu 300-dən artıq oyun keçirib. O, karyerasını başa vurduqdan sonra futbol agenti kimi çalışırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR