Boksçumuz erməni rəqibini məğlub etdi

img

14-04-2021 [16:28]


Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

Məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR