PAŞİNYAN QARABAĞLA BAĞLI YENİ FAKTLARI AÇIQLADI: "Putinə zəng etdim ki..." - "Daha sonra Azərbaycan status söhbətini də tamamilə rədd etdi"

img

14-04-2021 [14:23]


Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ və Qarabağdakı 44 günlük savaşla bağlı çox maraqlı faktları açıqlayıb.

Mia.az xəbər verir ki, o, Azərbaycanın zəfər qazandığı 44 günlük müharibə zamanı Putinə etdiyi zənglərin məğzini açıqlayıb: "Oktyabrın ikinci yarısında Putinə zəng etdim, “5+2” variantı üzrə razı olduğumuzu bildirdim. Azərbaycanın qaçqınların qayıtması ilə bağlı şərtləri var idi. Bildirdim ki, bu məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesi ilə əlaqələndirilsə, etirazımız olmayacaq. Putin Azərbaycan prezidenti ilə danışdı və məlum oldu ki, Bakı Hadrutu verməkdən qəti şəkildə imtina edir, o cümlədən, Şuşa da daxil olmaqla Qarabağın statusunun qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməsini qəbul etmir. Bakı, eyni zamanda, “5+2” variantını yox, yeddi rayonun hamısının eyni vaxtda qaytarılmasını tələb edir. Daha sonra Azərbaycan Dağlıq Qarabağın statusunu da tamamilə rədd etdi".

Paşinyan daha sonra bildirib ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə ona Qarabağda torpaqları geri qaytarmağı təklif edib. "Sizə daha bir sirri açım: Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləridir. Sitat gətrirəm: “Torpaqlar artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA