Çempionlar Liqası: UEFA koronavirusa görə finalın yerini dəyişməyəcək

img

14-04-2021 [13:12]


UEFA Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final matçını başqa ölkədə təşkil etmək fikrində deyil.

Bu barədə TASS-a Avropa futbol qurumunun mətbuat xidmətindən bildirilib. UEFA final matçının planlaşdırıldığı kimi, mayın 29-da Atatürk Olimpiya Stadionunda gerçəkləşəcəyini vurğulayıb.

Türkiyə Səhiyyə Nazirliyi aprelin 13-də ölkədə 59 187 koronavirusa yeni yoluxmanın qeydə alındığını açıqlayıb. Bu isə ölkə üzrə rekord göstəricidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR