Ermənistan prezidenti Gürcüstana rəsmi səfərə gedir

img

14-04-2021 [13:01]


Ermənistan prezidenti Armen Sarqsyan sabah Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Prezident Administasiyasından bildirilib.

Məlumata əsasən, A.Sarqsyan gürcü həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək. Dövlət başçıları daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan prezidentinin səfər çərçivəsində parlament sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA