“İstər-istəməz bunun mənfi təsirləri olacaq" - Çavuşoğlundan Rusiyanın hava yolunu bağlamasına reaksiya

img

14-04-2021 [11:23]


“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

NTV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, - o, vurğulayıb.

Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA