Həmsədrlər Qarabağla bağlı bəyanat yaydı: "Bölgəyə işgüzar səfərləri bərpa etməyə hazırıq"

img

13-04-2021 [23:35]


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bəyanat yayıblar.

Mia.az xəbər verir ki, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayırlar və tərəflər arasında (Azərbaycan və Ermənistan – Red) 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər.

Həmsədrlər həmçinin, münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayırlar.

Bildirilib ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir.

Həmsədrlər, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da bəyan ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA