Bayden Putinlə müzakirə apardı: "Nə ABŞ, nə Rusiya, 3-cü ölkədə görüşək"

img

13-04-2021 [20:34]


Bu gün ABŞ prezidenti Baydenlə Rusiya prezidenti Putin arasında müzakirə olub.

Mia.az TRT-yə istinadla xəbər evrir ki, iki lider dünya və bölgəəki vəziyyəti müzakirə ediblər.

Bayden Putinə 3-cü dövlətin ərazində görüş təklif edib.

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Ağ Evin məlumatına görə, Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlər qurmaq məqsədinin olduğunu təsdiqləyib və  ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektorlarının müzakirəsi üçün qarşıdakı aylarda üçüncü ölkədə görüş-sammit keçirməyi təklif edib.

Telefon danışığı zamanı iki lider SNV-3 müqaviləsinin uzadılmasına əsaslanan strateji sabitlik və silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi də daxil olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.

Bundan başqa, C.Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun gücləndirilməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyinin olduğunu vurğulayıb. ABŞ prezidenti Rusiyanı gərginliyi azaltmağa çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA