Baş nazirin müavini: "Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir"

img

13-04-2021 [17:53]


Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Y.Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib. O bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O.Reznikov isə Ukrayna-Rusiya sərhədləri yaxınlığında rus qoşunlarının artmasından danışıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA