Beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkında olublar - FOTOLAR

img

13-04-2021 [15:43]


ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Mia.az Report-a istinadla xəbər verir ki, 15 ölkədən gələn 27 qonaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfrans iştirakçılarına düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin tapılmış qalıqları barədə məlumat verib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA