LAVROV UKRAYNAYA PUA SATAN TÜRKİYƏNİ HƏDƏLƏDİ: "Moskva Türkiyə və digər ölkələrə xəbərdarlıq edir ki..."

img

12-04-2021 [23:52]


Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün Rusiya XİN başçısı Misirin paytaxtı Qahirədə Misir prezidenti Abdulfəttah əl Sisi ilə görüşüb.

O, daha sonra misirli mövqedaşı Samih Şükri ilə bir araya gəlib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov Türkiyəni Ukraynaya PUA verilməsi ilə bağlı sual verilib. Bu zaman Lavrov açıq şəkildə rəsmi Ankaraya xəbərdarlıq edib: "Rəsmi Moskva Türkiyə və digər ölkələri Kiyevi millətçi addımlara təşviq  edilməməsi məsələsində xəbərdarlıq edir. Türkiyə və Ukraynaya dəstək verən ölkələr Kiyevin açıqlamalarını dəqiq və daha yaxşı analiz etməlidir. Bütün maraqlı ölkələrə, hansı ki, Türkiyə də bunlardan biridir, onlara Kiyevi millətçi zəmində addımlara təşviq etməmələri barədə təkrar xəbərdarlıq edirik. Biz artıq bu barədə xəbərdarlığımız etmişik".

Xaırladaq ki, bir neşə gün əvvəl Ukrayna Müdafiə və Kəşfiyyat komitəsinin direktor müavini Yuri Misyaqin Donbas üzərində türk PUA-larının kəşfiyyat uçuşu həyata keçirdiyini bəyan edib: "Donbas üzərində ilk uçuşunu gerçəkləşdirən "Bayraktar TB2" PUA-ları düşmən Pantsir-S1, S-125 və digər hava müdafiə raketlərini təsbit etdi".

Məhz bu açıqlamadan sonra Rusiya tərəfindən ayrı-ayrı siyasətçilərin dili ilə Türkiyəyə dolayı təhdidlər artmağa başlayıb. Lavrov isə məsələyə bu şəkildə reaksiya verməklə, Moskvanın türk PUA-larına qarşı nə qədər həssas yanaşdığını göstərib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA