ÜST: "Koronavirusa yoluxanların sayı ardıcıl yeddi həftədir artır"

img

12-04-2021 [19:10]


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı ardıcıl yeddi həftədir artmaqdadır, virusdan ölüm halları bir aydır artır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus keçirdiyi brifinqdə bildirib.

“Yanvar və fevral aylarında dünyada koronavirusa yoluxma hallarında altı həftə dalbadal azalma müşahidə edilmişdi. Artıq indi ardıcıl yeddinci həftədir yoluxma saylarında artım qeydə alınır və dörd həftədir ölüm faktları da artmaqdadır”, - o, deyib.

ÜST baş direktoru COVID-19-un adi qrip olmadığını və ekspertlərin virusun insan orqanizminə uzunmüddətli təsirlərini hələ bilmədiklərini, bu səbəbdən də ehtiyat tədbirlərinə riayət etməyə davam etməyin zəruri olduğunu vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA