Daha 4 məktəb bağlanıb - Müəllimlər koronavirusa yoluxublar

img

12-04-2021 [13:59]


Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

Məlumata görə, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxib.

Bu səsəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021 ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA