Dünyada koronavirus: son 24 saatda 646 mindən çox yoluxan var

img

12-04-2021 [09:23]


Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 134,95 milyonu ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 24 saat ərzində koronavirusa 646 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 10,7 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 134 957 021 yoluxma, 2 918 752 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 646 863, ölənlərin sayı 10 712 artıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA